Kateqoriyasız

“Dudelanj” – APOEL oyunu təxirə salına bilər – FOTOLAR

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Lüksemburq “Düdelanj”ı Kipr APOEL-ini qəbul edəcəyi  “Jozi Bartel” stadionunun ot örtüyünün yararsız vəziyyətdədi.

İdmanxeber.az Kipr mətbuatına istinadən xəbər verir ki, Lüksemburqda yağan yağışlar stadionun öt örtüyünü yararsız vəziyyətə salıb. UEFA-nın göstərişindən sonra “Dudelanj” mövcud problemi həll etmək istəməsi də bir fayda vermir. Klub ot örütüyünü yağışdan qorumaq üçün onun üzərini örtüb.

Stadionum ot örtüyünün bu vəziyyətdə olması artıq APOEL tərəfini narahat etməyə başlayıb. Xəbərdə qeyd olunur ki, sabah da yağış intensiv olacağı halda oyun təxirə salına bilər:

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43