Dünyadan

Dünən “Fənərbağça”ya qol vurdu, bugün bir “ulduzu öldürdü”

Dünən keçirilən "Fərərbağça" – "Arsenal"oyunundan sonra maraqlı xəbər yayılıb.
Belə ki, ingilis təmsilçisinin futbolçusu Aron Remzi hansı oyunda qol vururdusa, bir məhşur ölürdü. Dünənki oyunda da qol vuran Aron Remzinin bu dəfə kimin həyatına son qoyacağı maraq doğururdu və elə də oldu. Bu gün "Hollivud" ulduzu Lee Thomson vəfat etdi. Remzi qol vurmağa davam etsə, dünyada məhşur qalmayacaq.
Onun qol vurandan sonra ölən məhşur şəxslər bunlardır:

Uelsli yarımmüdafiəçi "Tottenham"a qol vurduqdan 3 gün sonra- 2011-ci il oktyabrın 5-də isə "Apple"nin yaradıcısı Stiv Cobs vəfat edib.

2011-ci il oktyabrın 19-da London klubu "Marsel"i Remzinin qolu ilə məğlub etdiyi vaxt isə Liviya lideri Müammar Qəddafi öldürülüb.

Uelsli oyunçu son olaraq 2012-ci il 11 fevral tarixində "Sanderland"lə oyunda fərqlənib. Həmin günə isə müğənni Uitni Hyuston bir oteldə ölmüş halda tapılıb.
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43