06 Oktyabr 2022
Kateqoriyasız

Dünya çempionatı: Bu gün daha 3 güləşçimiz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

İdmanxeber.az-ın məlumatna görə, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə təsnifat mərhələsində Kim Sonqvonla (Cənubi Koreya) üz-üzə gələcək.

74 kq-da Turan Bayramov 1/16 finalda Miroslav Kirovu (Bolqarıstan) sınağa çəkəcək.

92 kq-da yarışan Osman Nurməhəmmədov isə 1/8 finalda Straxinya Despiç (Serbiya) / Maksvell Lemar (Kosta Rika) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Sabah “Qarabağ” “Keşlə” ilə qarşılaşacaq

admin

“Qarabağ”la oyun öncəsi paytaxt klubunda itki

admin

Azərbaycanı avrokuboklarda təmsil edəcək klublar bilindi

admin