İdman

Dünya çempionatı: Üç güləşçisi yarımfinala yüksəldi

Azərbaycanın üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda təşkil olunan lisenziya xarakterli dünya çempionatında yarımfinala yüksəlib.

İdmanxeber.az-ın məlumatına görə, Eldəniz Əzizli (55 kq), Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) 1/4 final səddini uğurla keçiblər.

E.Əzizli və S.Süleymanov bu raundda Qazaxıstan təmsilçilərindən güclü olublar. Onlar müvafiq olaraq Marlan Mukaşev və Demeu Jadrayevə qalib gəliblər. R.Hüseynov isə yarımfinal yolunda Dünya Güləş Birliyinin (UWW) bayrağı altında çıxış edən Aues Qonibovu məğlub edib.

Qeyd edək ki, 130 kq çəki dərəcəsində çıxış edən Beka Kandelaki mübarizəni erkən dayandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43