İdman

Dünya çempionu yeni zalının açılışını etdi – VİDEO

Azərbaycan Kung-Fu Federasiyasının dəstəyi ilə “Şərur” idman klubunun prezidenti Dünya çemiponu Ceyhun Əliyev yeni idman mərkəzinin açılışını edib.

İdmanxeber.az xəbər verir ki, Ceyhun Əliyev bildirib ki, “Şərur” İdman klubu yeni zalın açılmasını Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edib.

Yeni dizayn olunmuş zalda müxtəlif turnirlər, yarışlar keçiriləcək. Bununla yanaşı peşəkar məşqçilər kung-fu, boks, kinq-boks və qarışıq döyüş növlərindən dərslər keçəcək.

“Şərur” idman klubunun vitse-prezidenti Yasin Əliyev də bu zalın gənclərin idman arenasındakı uğurlarına böyük tövhə verəcəyini bildirib.

4 qat dünya və Avropa çempionu, “Şərur” idman klubunun ümumi işlər üzrə vitse-prezidenti Nəriman Cavadzadə isə qeyd edib ki, bu zaldan çox çempionlar çıxacaq.

Qeyd edək ki, “Şərur” idman klubunun açılan yeni zalı Gəncə pr 26-da yerləşir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43