Almaniya Bundesliqasının bu gün keçirilən “Hoffenhaym” – “Bavariya” oyununda maraqlı hadisə baş verib.
İdmanxeber.az-ın məlumatına görə, hər iki komandanın futbolçuları oyunun son 15 dəqiqəsində mübarizə aparmayıblar.
Buna səbəb “Bavariya” azarkeşlərinin stadionda səsləndirdikləri şüarlar və açdığı plakatlar olub.
Münhen klubunun fanatları “Hoffenhaym” klubunun prezidentini təhqir ediblər.
Qeyd edək ki, görüş 0:6 hesabı ilə “Bavariya”nın xeyrinə yekunlaşıb.
.