Dünya futbolu

Dünya kuboku Türkiyədə

Bu il Braziliyada keçiriləcək dünya çempionatının kuboku İtaliyada sərgiyə çıxarılıb.

İdmanxeber.com-un məlumatına görə, hazırda Romada futbolsevərlərə nümayiş etdirilən kubok daha sonra Türkiyənin də içərisində olduğu 89 ölkədə sərgiyə çıxarılacaq.

Qeyd edək ki, dünya çempionatı 12 iyunda start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43