Ölkə futbolu

Dünya məşqçilərinin yeni reytinq cədvəli açıqlandı

Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, siyahıda “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adları var.

Ötən cədvəldə 456-cı pillədə olan Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov 2 pillə geriləyib. Təcrübəli mütəxəssis aktivindəki 1361 xalla 457-ci yerdə qərarlaşıb.

“Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk isə reytinqdə 1 pillə irəliləyib. Ukraynalı mütəxəssis aktivindəki 852 xalla 647-cidir.

Siyahıya isə “Real”ın çalışdırıcısı Zinəddin Zidan başçılıq edir. Onun aktivində 16948 xal var. 2-ci yerdə 14489 xalla “Barselona”dan ayrılan Luis Enrike qərarlaşıb. “Atletiko”nun baş məşqçisi Dieqo Simeone 14115 xalla 3-cüdür. “Yuventus”un baş məşqçisi Massimilyano Alleqri 11821 xalla 4-cü, “Monako”non “sükanı arxasında” olan Leonardo Jardim isə 11155 xalla 5-cidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43