16 Sentyabr 2024
Kateqoriyasız

Dünya “Qarabağ”a edilən haqsızlıqdan yazır: “Ofsayd yox idi” – FOTO

İspaniyanın məşhur “Marca” qəzeti Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda Bakıda keçirilən “Qarabağ” – “İnter” matçına biganə qalmayıb. 

İdmanxeber.com-un məlumatına görə, İspaniyanın ən məşhur qəzeti çexiyalı hakimin Almeydanın qolunu qeydə almamasına da toxunub. 

“Marca” Ağdam təmsilçisinin hakim səhvi ucbatından qələbə qazana bilmədiyini yazıb. Qeyd olunub ki, Riçard Almeydanın matça əlavə olunmuş sonuncu dəqiqədə vurduğu qolda ofsayd yox idi.

“Qarabağ”ın qeydə alınmayan qolu Türkiyə mətbuatının da gündəmini zəbt edib. 

“NTVSPOR.NET” saytının “Hakimdən qalmaqallı səhv” başlığı ilə manşetinə daşıdığı xəbərdə Ağdam klubuna qarşı edilən haqsızlıq əksini tapıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43