İdman

Dünya reytinqində ən yaxşımız Qurban Qurbanovdu

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, sözügedən siyahıda ölkəmizdən məşqçinın adı yer alıb.

Məşqçilərimi arasında ən yaxşı göstərici Qurban Qurbanova məxsusdu. “Qarabağ”ın və millimizin baş məşqçisi ötən həftə ilə müqayisədə 11 pillə irəliləyərək 1169 xalla 472-ci pillədə yer alıb.

Siyahıda yer alan digər məşqçilərimiz isə “Zirə”dən Ayxan Abbasov və “Qəbələ”dən Roman Qriqorçukdu. “Zirə”nin çalışdırıcıs Ayxan Abbasov217 xalla 972-ci pillədə yer alıbsa, “qırmızı-qaralar”ın ukraynalı çalışdırıcısı 255 xalla 926-ci sırada qərarlaşıb.

Qeyd edək ki, cədvələ “Real”ın baş məşqçisi Zinəddin Zidan başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43