Dünya futbolu

Dünyanın ən bahalı futbolçuları açıqlandı – Ronaldo təəccübləndirdi

Dünyanın ən dəyərli futbolçularının sıyahısı açıqlanıb

İdmanxeber.az-ın məlumatına görə, siyahıya braziliyalı oyunçu Neymar başçılıq edir. PSJ-nin ulduz futbolçusunun dəyəri 229,1 milyon avrodur. İkinci yerdə isə Parsi təmsilçisinin digər üzvü Mbappe yer alıb. Fransalı oyunçunun qiyməti  215 milyon avro bəlirlənib.

Siyahıda 3-cü pillədə “Barselona”nın superulduzu Messi  qərarlaşıb. Argentinalı futbolçunun qiyməti 203,3 milyon avro olaraq göstərilib. Messinin ardından gələn Muhammed Salahın dəyəri isə 168,3 milyon avrodur. “Tottenhem”in forvardı Herri Keyn 151,1 milyon avro ilə 5-ci pillədə yer alıb.

“Yuventus”un ulduz futbolçusu Kristiano Ronaldonun isə sıralamadakı yeri  təəccüb doğurub. Belə ki, portuqaliyalı futbolçu 107,3 milyon avro dəyərlə 12-ci sıranı tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43