08 Sentyabr 2024
Dünya futbolu

Dünyanın ən bahalı futbolçusu açıqlandı

“CIES Football Observatory” araşdırma qrupu ən yüksək transfer qiymətləri olan futbolçuların siyahısını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, siyahıya “Real”ın yarımmüdafiəçisi Cud Bellinqem başçılıq edir. Futbolçunun dəyəri 267,5 milyon avrodur.

İkinci yerdə “Mançester Siti”nin hücumçusu Erlinq Haaland (251,2 milyon), üçüncü yerdə isə “Real”ın vingeri Vinisius Junior (250,3 milyon) qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43