01 Oktyabr 2024
Dünya futbolu

Dünyanın ən bahalı futbolçusu açıqlandı

Dünyanın ən bahalı futbolçusu  “Mançester Siti”nin hücumçusu Erlinq Haaland olub.

İdmanxeber.az nüfuzlu “Transfermarkt” saytına istinadən xəbər verir ki, hücumçunun dəyəri 200 milyon avro bəlirlənib. O, bu qiymətlə dünyanın ən bahalı oyunçusu adına yiyələnib. 

Haaland 2022-ci ildən “Mançester Siti”də çıxış edir. Onun İngiltərə klubunda 106 matçda 100 qolu var. Bu mövsüm norveçli bütün turnirlərdə 8 matçda 10 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43