Dünya futbolu

Dünyanın ən bahalı klubu “Mançester Yunayted”dir

“CIES Football Observatory” portalı aparıcı klubların hazırki heyətlərinə nə qədər pul xərclədiyini araşdırıb. 

İdmanxeber.com xəbər verir ki, ilk pillədə 718 milyon avro sərf edən “Mançester Yunayted” qərarlaşıb. Göstərilən məbləğ dünya futbolunda rekorddur. Ötən mövsümlə müqayisədə “qırmızı şeytanlar” 185 milyon avro bədxərclik edib. Üçlükdə “Real Madrid” (647 milyon) və “Mançester Siti” (611 milyon avro) da var. Qeyd edək ki, ötən mövsüm Premyer Liqa çempionu olan “Lester Siti” həmin vaxt heyətinin dəyərinə görə İngiltərədə 17-ci idi.

Ən bahalı heyətə malik 10 klub:

1. Man,ester Yunayted – 718

2. Real Madrid – 647

3. Mançester Siti – 611

4. Barselona – 485

5. Çelsi – 481

6. PSJ – 455

7. Yuventus – 395

8. Arsenal – 381

9. Bayer Munix – 357

10. Liverpul – 356 milyon avro


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43