Dünyadan

Dünyanın ən varlı idmançıları bəlli oldu

Məşhur “Forbes” jurnalı dünyanın ən varlı idmançılarının adlarını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, siyahıya “Real”ın futbolçusu  Kriştiano Ronaldo başçılıq edir. Onun illik gəliri 88 milyon dollar təşkil edir. “Barselona”nın futbolçusu Lionel Messi (81.5 milyon avro) 2-ci, amerikalı basketbolçu Lebron Ceyms isə (77 milyon avro) 3-cüdür.

2016-cı ildə ən çox qazanan 10 futbolçu

1. Kriştianu Ronaldo (futbol) – 88 milyon avro

2. Lionel Messi (futbol) – 81,5 milyon

3. Lebron Ceyms (basketbol) – 77 milyon

4. Rojer Federer (tennis) – 68 milyon

5-6. Novak Cokoviç (tennis) – 56 milyon

5-6. Kevin Dyurant (basketbol) – 56 milyon

7-9. Fil Mikelson (qolf) – 53 milyon

7-9. Sem Nyuton (Amerika futbolu) – 53 milyon

7-9. Cordan Spit (qolf) – 53 milyon

10. Kobe Brayant (basketbol) – 50 milyon


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43