Ölkə futbolu

Duqlas Leytedən ilk ”quru” oyun

Premyer Liqanın IV turunun “Neftçi” ilə görüşündən (0:0) sonra qapısını toxunulmaz saxlaya bilməyən “Xəzər Lənkəran” ardıcıl 9 matç idi ki, “quru” oyun keçirmirdi. Bu seriyanı “Qəbələ” ilə qolsuz heç-heçə ilə qıran Con Toşakın yetirmələri avqustun 25-dəki matçdan 77 gün sonra uğursuzluğa son qoyub.

Bu matç Duqlas Leytenin “Xəzər Lənkəran” karyerasında ilk “quru” oyunu olub. Əvvəlki matçlarda qol buraxan cənubi amerikalı legioner komandanın 11 qapıçısı arasında meydanı qol buraxmadan tərk edən 9-cu əlcək sahibidi. Braziliyalı Kamran Ağayevin rekordçu olduğu siyahıya daxil olmağı bacarıb:

Kamran Ağayev – 81, Aleksandr Martyoşkin – 32, Dmitri Kramarenko – 24, Orxan Sadıqlı – 10, Milorad Koraç – 8, Antonio Doblas – 5, Denis Romanov – 3, Duqlas Leyte, Kamal Bayramov, Ramiz Kərimov – hərəyə 1 “quru” oyun. Yevgeni Kopil keçirdiyi yeganə matçda qapısında qol görüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43