Ölkə futbolu

“Düşünürəm ki, azarkeşlər də məndən razı qalırlar” – “Kəpəz”in futbolçusu

“Kəpəz”in yarımmüdafiəçi Ahmed Ayzaya klubun mətbuat xidmətinə açıqlama verib.

İdmanxeber.az xəbər verir ki, o, “Sumqayıt”la oyun öncəsi fikirlərini bölüşüb: “Yaxşı oyuna və nəticəyə köklənmişik. Bundan əvvəlki turda qələbəyə yaxın olsaq da, bir xalla kifayətlənməli olduq. Ona görə də indi qələbə qazanmaqdan başqa yolumuz yoxdur. Oyuna yaxşı hazırlaşmışıq. Bilirəm ki, azarkeşlərimiz də bizdən yalnız qələbə gözləyirlər. Bizim yaxşı heyətimiz var. Komandanın potensialı daha yuxarı pillələrdə yer almağa imkan verir. Futbolçular da özlərinə inanırlar. Bunun sayəsində yaxşı nəticə əldə edəcəyik. Öz çıxışıma gəlincə, göstərdiyim oyundan razıyam. Düşünürəm ki, azarkeşlər də məndən razı qalırlar. “Kəpəz”ə layiqincə xidmət etmək üçün bura gəlmişəm. Mümkün qədər əlimdən gələni edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43