25 Oktyabr 2021
Milli komanda

“Düz yolda olduğumuzu düşünürəm” – De Byazi

“Güclü komandaya qarşı oyunda məğlub olduq. Son dəqiqəyədək mübarizə apardıq. İki komanda arasında fərq böyükdür”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində Serbiyaya 1:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib

O, komandasının yaxşı oyun nümayiş etdirdiyini bildirib: “Qısa zamanda komanda yaratmaq asan deyil. Vaxtımız azdır. Hər şeyi analiz edirəm, Azərbaycan çempionatını, legioner həyatı yaşayan futbolçuların oyunlarını izləyirəm. Düz yolda olduğumuzu düşünürəm. Seçimimiz elə də geniş deyil. Üstəlik zədəli futbolçularımızın da olması işimizi daha da çətinə salır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Beşiktaş”ın iki futbolçusu Azərbaycan millisində – SİYAHI

admin

“Azərbaycanda insanlar artıq Rusiyadakı dünya çempionatı üçün bilet bron edirlər”

admin

Ruslan Abışov San-Fransiskoda baş tutacaq matçdan danışdı: “Yorğunluq hiss olunurdu”

admin