30 Sentyabr 2020
Kateqoriyasız

“Düzgün verilməyən penaltidən uduzduq” – “Neftçi”nin yeni futbolçusu

“Neftçi”nin müdafiəçisi Voislav Stankoviç “Vorskla” ilə yoxlama oyunundan (2:3) sonra klubun saytına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, penalti epizodunda qaydanın cərimə meydançasından kənarda pozulduğunu bildirən təcrübəli futbolçu müdafiə xəttindəki bəzi nüansların üzərində işləməyin vacib olduğunu deyib:

“Yaxşı oynadıq. Düzgün verilməyən penaltidən uduzduq. Ona görə ki, qayda cərimə meydançasından kənarda pozulmuşdu. Amma bu futboldur, belə məqamlar olur. Müdafiə xəttində bəzi nüanslar var ki, üzərində işləməliyik. Çünki 2-3 əks hücumun qarşısını kəsə bilmədik. Artıq Avroliqadakı ilk oyunumuza köklənməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” və “Qəbələ”nin futbolçuları Barselonaya yollandı

admin

Klublar Komitəsinin videokonfrans formatında iclası olacaq

admin

Ramil Şeydayev: “Ürəkdən oynamayan varsa, dərhal millidən uzaqlaşdırılmalıdır”

admin