Ölkə futbolu

DYP-dən Kamran Ağayevin radarlarının silinməsinə münasibət – VİDEO

“Bu xəbəri araşdırıb sizin sualınıza cavab verəcəm”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri azxeber.com-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov söyləyib. V.Əsədov “Qəbələ”nin və milli komandamızın qapıçısı Kamran Ağayev “İdman Azərbaycan” televiziyasında yayımlanan verilişlərin birində “DYP əməkdaşları elə olur ki, öz ciblərindən xərc çəkib mənim radarlarımı silirlər” cümləsini işlətməsinə münasibət bildirib: “Bu məsələylə bağlı heç bir məlumatım yoxdur. Mən özüm heç Kamranı tanımıram. O isə deyib ki, onu hamı tanıyır. Bu xəbəri araşdırıb sizin sualınıza cavab verəcəm”. Xatırladaq ki, futbolçu müxbirin “Heç DYP əməkdaşlarının sizi saxladığı olubmu?” sulalına Kamran Ağayev maraqlı cavab verib: “Əksəriyyəti məni tanıyır. Yüksək dərəcədə hörmət edirlər mənə. Elə vaxt olur ki, mən radara dadüşürəm. Mənim qeydiyyatda olduğum rayonda isə DYP əməkdaşları elə olur ki, öz ciblərindən xərc çəkib mənim radarlarımı silirlər. Adam lap xəcalət çəkir. Efir vasitəsi ilə deyirəm ki, sağolsunlar. Heç bilmirəm xəcalətlərindən necə çıxım”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43