29 Sentyabr 2024
Ölkə futbolu

Əcnəbinin sıxışdırdığı futbolçu bölgə klubunda qalmaq istəmir – Rəhbərliklə görüşəcək

“Qəbələ”nin futbolçusu Mehrac Baxşalı klubda qalmaq istəmir.

İdmanxeber.az-a verilən məlumata görə, yarımmüdafiəçi əyalət təmsilçisindən ayrılmaq niyyətindədi. Onun klubla müqaviləsi davam etsə də, futbolçu “qırmızı-qaralar”da qalmağı düşünmür.

Baxşalı rəhbərliklə görüşüb, getmək istədiyini bildirəcək. O, karyerasını Premyer Liqada davam etdirmək istəyir.

21 yaşlı futbolçu Elmar Baxşıyevin vaxtında “Qəbələ”nin əsas heyətində çıxış edirdisə, Kaxaber Tsxadadzenin gəlişindən sonra oyunçu əvəzedici komandaya göndərildi. Gürcü mütəxəssisin bu qərarından sonra yarımmüdafiəçi klubdan ayrılmaqda israrlıdı. O, I Liqada forma geyinmək istəmir.

Xatırladaq ki, yarımmüdafiəçi ilə daha öncə “Araz Naxçıvan” klubunun maraqlandığını bildirmişdik.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43