Dünya futbolu

Eddi İsrafilov: “Bu, indiyə qədər oynadığım ən yaxşı komandadı”

Azərbaycan millisinin üzvü Eddi Silvestr Paskual İsrafilov İspaniyanın məşhur “Marca” nəşrinə açıqlama verib.

 Eddi Sequnda təmsilçisi “Alkorkon”da mövsümün ilk yarısındakı çıxışı haqda danışıb:

“Alkorkon”da xoşbəxtəm. Bir futbolçu kimi məni böyüdən komandadı. Böyük inam hissinə sahibəm və meydandakı hər andan zövq alıram. Baş məşqçimiz Kristobal Parraloya mənə verdiyi şansa görə minnətdaram. O, oyunçulara çox yaxındı və hamıdan ən yaxşı necə yararlanacağını bilir. Oyunu oxumaqda çox bacarıqlıdı”.

26 yaşlı yarımmüdafiəçi “Alkorkon”u karyerası ərzində ən yaxşı komanda adlandırıb:

“Müxtəlif təcrübələr yaşadım, bir neçə Sequnda klubunda çıxış etdim, amma “Alkorkon”da olan kimi komanda tapmamışdım. Bu, indiyə qədər oynadığım ən yaxşı komandadı. Azarkeşlər bizi həmişə irəli səsləyir və biz bütün dəstəyi hiss edirik. Təvazökar komandamız var, amma hədəflərimiz böyükdü. Məqsədimiz oyunumuzda stabillik yaratmaqdı. Bunu bacardıqdan sonra başqa bir şey haqda düşünə bilərik”.

Qeyd edək ki, ilin əvvəlindən “Alkorkon”da çıxış edən İsrafilov cari mövsüm 13 matçda 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43