Ölkə futbolu

Eddi İsrafilov: “Burda insanlar futbolla yaşayırlar”

“Mən bura komandaya və baş məşqçiyə kömək etmək üçün gəlmişəm. Son iki ildə müntəzəm futbol oynamadığım üçün oyun praktikasından əziyyət çəkirəm. “Kadiz”də daim meydanda olub, formamı bərpa etməyə çalışacam”. 

İdmanxeber.com-un məlumatına görə, bunu “Kadiz”in yeni transferi Eddi İsrafilov deyib.

 

Ötən mövsümü icarə əsasında “Kordoba”da keçirən Azərbaycan yığmasının yarımmüdafiəçisi müqavilə ilə məxsus olduğu “Mursiya”nı tərk edərək “Kadiz”ə keçib.

 

La Liqa II-də çıxış edən klubla anlaşan futbolçu bunu geriyə atılmış addım saymır. Əksinə, 24 yaşlı oyunçu İspaniya mətbuatına açıqlamasında yeni klubunda əvvəlki formasını bərpa edəcəyinə inandığını söyləyib: “Kadiz”ə böyümək üçün gəlmişəm. Çox yaxşı klubdu və gözəl azarkeşləri var. Burda insanlar futbolla yaşayırlar. Yeni heyət formalaşdığından, bir qədər çətin olacaq. Ancaq mən möhtəşəm mövsüm keçirəcəyimizə inanıram. Bir neçə xarici klubdan təklif almışdım. Ancaq ailəmə yaxın olmaq və futbolçu kimi inkişaf etmək üçün “Kadiz”i seçdim”.

 

Qeyd edək ki, Eddi İsrafilov yığma komandamızın DÇ-2018-in seçmə qrup mərhələsində San Marino ilə sentyabrın 4-də keçirəcəyi oyuna dəvət alıb.(Apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43