İdman

Eddi İsrafilov debüt etdi

Azərbaycan yığmasının futbolçusu Eddi İsrafilovun komandası “Kadiz” İspaniyada II tur matçına çıxıb. İdmanxeber.com-un məlumatına görə, komanda La Liqa II-nin növbəti oyununda “Malyorka”nı qəbul edib.

 

Meydan sahibləri 29-cu dəqiqədə penaltidən hesabı açsalar da, bu üstünlüyü sona qədər qoruya bilməyiblər. “Malyorka” 66-cı dəqiqədə bərabərlik topunu vurub və qarşılaşma 1:1 hesabı ilə nəticələnib. 77-ci dəqiqədə Alvaro Qarsiyanı əvəzləyən Eddi isə son 13 dəqiqədə mübarizə aparıb.

 

Bununla ardıcıl ikinci görüşdə heç-heçə edən “Kadiz” aktivindəki 2 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43