Kateqoriyasız

Eddi İsrafilov həbs olunur?

Millimizin üzvü Eddi İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Buna səbəb onun “Eybar”da çıxış edərkən komanda yoldaşları Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual xarakterli videonu yaymasıdı. Həmin futbolçularla intim əlaqədə olan qadın bunu videoya çəkməməyi xahiş etsə də, onlar buna məhəl qoymayıb, hətta digər şəxslərə də yayıblar. Videonu yayan isə məhz İsrafilov olub. Bununla bağlı araşdırma artıq yekunlaşıb.

Eybar Məhkəməsi işin şifahi məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib. İttiham olunan şəxslərin vəkillərinə işlə tanış olmaq üçün 10 gün vaxt verilib. Prokurorluq Enriç və Lunaya 5, İsrafilova isə 2 müddətinə azadlıqdan məhrum edilmə cəzası istəyib. Ancaq xüsusi ittihamçı İsrafilov üçün 3 il iş tələb olunub.

2015-ci ildən Azərbaycan millisinə çağırılan Eddi İsrafilov hazırda II Liqada “Albasete”nin formasını geyinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43