Kateqoriyasız

“Eddi İsrafilov meydanda hansı işi görür?”

Azərbaycan millisinin üzvü Eddi Silvestr Paskual İsrafilovun formasını geyindiyi “Albasete”nin Sequndada çıxışı tənqid olunub.

İspaniya mətbuatı baş məşqçi dəyişikliyinin də fayda vermədiyini, böyük ehtimalla komandanın aşağı liqaya yuvarlanacağını qeyd edib:

“Albasete” bu gedişlə liqanı tərk edəcək. Çempionatda belə futbol oynayan başqa komanda yoxdur. Qapıçı Terea Nadal hər oyun qol buraxır. Digər oyunçular nə etdiyini bilmir. Məslən, Eddi İsrafilov meydanda hansı işi görür? Görünən odur ki, yeni baş məşqçi də komandanı düzəldə bilməyəcək”.

“Albasete” Sequndanın turnir cədvəlində 19-cu pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43