28 Noyabr 2022
Kateqoriyasız

Eddi İsrafilov: “Müharibə vaxtı Azərbaycanı dəstəkləmişəm”

“Müharibə zamanı və bitəndən sonra Azərbaycanı sosial şəbəkələrdə dəstəkləmişəm”.

Bunu “Neftçi”nin yeni transferi Eddi İsrafilov jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi Vətən müharibəsi vaxtı müsahibə verməməsini Azərbaycanca yaxşı danışa bilməməsi ilə əlaqələndirib: “3-4 yaşımadək Azərbaycanda böyümüşəm. Bu, mənim ana Vətənimdir. Azərbaycana hörmətlə yanaşıram”.

Təcrübəli oyunçu sosial şəbəkədəki paylaşımlarını da göstərib: “Vətən müharibəsi 27 sentyabrda başlayıb. Mən 29 sentyabrda paylaşım edərək, Azərbaycana dəstək vermişəm. Müharibə bitdikdən sonra – 10 noyabr 2020-ci ildə “Qələbə günün mübarək, Azərbaycan. Qarabağ – Azərbaycandır” paylaşımları etmişəm. Yenə də vurğulamaq istəyirəm ki, “Qarabağ – Azərbaycandır!” (Report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Qarabağ”ın səhvlərindən istifadə edəcəyik” – “Sürix”in futbolçusu

admin

La Liqada yeni mövsümün başlama tarixi

admin

Azərbaycan Ermənistanla eyni səbətdə

admin