Kateqoriyasız

Eddi oynadı, komandası uduzdu

İspaniya II liqasında XIV turun oyunları keçirilir.

Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” səfərdə “Numansiya”ya uduzub – 0:1.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Albasete” hazırda 22 xalla 22 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43