Ölkə futbolu

Eder: “Tamamilə oyuna köklənmişəm”

“Qəbələ”nin Avropa Liqasındakı rəqibi “Lill”in portuqaliyalı hücumçusu Eder jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, o, bunları deyib:

“Avro-2016″dan sonra yaxşı istirahət etdim. Tamamilə oyuna köklənmişəm və oynamağa hazıram. Geri dönüb tezliklə komandamla birgə çalışmaq istəyirəm. Finalda vurduğum qol mənim üçün heçnəyi dəyişmədi. Motivasiya olaraq mənə müxbət təsir etdi. Mən “Lill”lə hər şeyi edəcəyimə əminəm.

Komanda yoldaşlarım uğuruma sevindilər və məni təbrik etdilər. Baxmayaraq ki, Fransanı məyus etmişdim. Finalda vurduğum qol təkcə mənim yox bütün komandanın zəhmətinin bəhrəsiydi. Artıq mənim üçün yeni mövsüm başlayır və Avropa Liqasındakı matçda komandamın bir parçası olacam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43