Ölkə futbolu

“Efirdə də, VAR-da da bir rakurs olub” – “CBC Sport”dan AÇIQLAMA

“Qəəblə” – “Sumqayıt” matçında qonaqların lehinə verilən şübhəli penalti ətrafında söz-söhbətlər davam edir. Həmin epizodun açıq görüntüsünün olmaması və bununla yanaşı, VAR-da cəmi bir rakursun olduğu ciddi müzakirələrə səbəb olub.

Məsələni dəqiqləşdirmək üçün Premyer Liqamızın yayım hüququna sahib “CBC Sport” telekanalının baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq. O, İdmanxeber.az saytına verdiyi açıqlamada bunları dedi:

Biz görüntülərə baxmışıq. Qayda pozuntusu ehtimal olduğu epizod topun olmadığı yerdir. Bir çox kameralar topun olduğu yerə fokuslanır. Oyun topun ətrafında getdiyi üçün kameraların diqqəti həmin yerdə olmalıdır. Bu səbəbdən də həmin epizodla bağlı efirdə də, VAR-da da bir rakurs olub. Ancaq bunu da nəzərə alaq ki, ən yüksək səviyyəli İngiltərə Premyer Liqası oyunlarında belə bəzi epizodlar kadrdan kənar düşür. Uğursuz görüntülər olur.

Biz “CBC Sport” olaraq istər ölkədaxili, istərsə də ölkəxarici yarışları beynəlxalq standartlara uyğun çəkirik. Bütün dünyada necədirsə, biz də elə işləyirik. Bəli, kameralarımızın sayı İngiltərə Premyer Liqasında olduğu qədər deyil. Ancaq standart 6 kamera ilə öz Premyer Liqamızı çəkib işıqlandırırıq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43