06 Sentyabr 2024
Ölkə futbolu Premyer Liqa

Ehtiram Quliyevdən “Kəpəz”ə “yaşıl işıq”

Gəncə şəhər stadionunda əsaslı təmir və yenidənqurma işlərinin 2025-ci ilə başa çatacağını nəzərə alsaq, “Kəpəz”in ev oyunlarını harada keçirəcəyi maraqla gözlənilir.

2023/2024 mövsümündə rəqiblərini Qəbələ və Tovuzda qəbul edən qərb təmsilçisi yeni mövsümdə də bu iki məkandan birinə üz tutacağını xəbər vermişdik. Artıq “Kəpəz”in rəqiblərini harada qəbul edəcəyi dəqiqləşib.

Klubdan İdmanxeber.az-a bildiriblər ki, komanda yeni mövsümdən rəqiblərini Tovuz şəhər stadionunda qəbul edə biləcək. “Turan Tovuz” rəhbərliyi ilə bir müddətdi davam edən danışıqlar “sarı-göylər”in istədiyi kimi yekunlaşıb. Tovuz təmsilçisinin rəhbəri Ehtiram Quliyev Gəncə klubunun mövcud durumunu nəzərə alıb və qarşı tərəfə müsbət cavab verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43