Dünya futbolu

“El Klasiko” Azərbaycan çempionatına təsir etdi

Topaz Premyer Liqasında IX turun oyunlarının vaxtı müəyyənləşib.

 Oktyabrın 27-si start götürəcək Topaz Premyer Liqasının IX turunda saat 16:00-da “Sumqayıt”la  “Qəbələ” qarşı-qarşıya gələcək. Saat 18:00-da isə “Sabah” “Zirə”ni qəbul edəcək.

İkinci oyun gününün ilk görüşündə isə saat 15:00-da “Səbail” və “Keşlə” üz-üzə gələcək.

Turun mərkəzi qarşılaşmasında “Neftçi” ilə “Qarabağ” qarşılaşacaq. “Bakcell Arena”da keçiriləcək oyun saat 17:00-da başlayacaq.

Azərbaycan derbisinin erkən başlamasına  La Liqanın 10-cu turunda keçiriləcək “Barselona” – “Real Madrid” matçı səbəb olub. Belə ki,  hər iki  matçı da canlı yayımlayacaq olan “CBC Sport” kanalına görə, “Neftçi” – “Qarabağ” matçı erkən saatda oynanacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43