“Real”ın “Liverpul”la matçda zədələnən futbolçularının durumuna aydınlıq gəlib.
İdmanxeber.az-ın məlumatına görə, David Alaba və Rodriqonun zədələrinin ciddi olduğu bildirilir. İki futbolçu də bir aya yaxın yaşıl meydanlardan uzaq qalacaq.
Hazırda hər iki oyunçunun da müalicəsi davam edir.
“Real” fevralın 25-də “Atletiko”, martın 2-də isə “Barselona” ilə qarşılaşacaq. Alaba və Rodriqo bu matçlarda Madrid təmsilçisinə kömək edə bilməyəcəklər.