Dünya futbolu Kateqoriyasız

“El Klasiko”nu “Real” qazandı – Video

İspaniya La Liqasının XVI turunda “Real” və “Barselona” üz-üzə gəlib.“Santiaqo Bernabeu”da keçirilən “El Klasiko”da sevinən meydan sahibləri olub. “Kral klubu” Vinisius Junior və Mariano Diasın qolları ilə qələbə qazanıb – 2:0.

Bununla da, xalını 56-a çatdıran “Real” “Barselona”nı geridə qoyaraq turnir cədvəlində liderliyə yüksəlib. Kataloniya klubunun 55, 3-cü “Sevilya”nın 45 xalı var.

İspaniya La Liqası
XXVI tur

“Real” – “Barselona” – 2:0
Qollar: Vinisius Junior, 71, Mariano Dias, 90+2

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43