Dünya futbolu

“El-Klassiko”nun vaxtı açıqlandı

Bu mövsümün ikinci “El-Klassiko”sunun vaxtı açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, “Santyaqo Bernabu” stadionunda keçiriləcək görüş martın 1-i yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə 00:00) başlayacaq.

Qeyd edək ki, bu mövsüm “Barselona” və “Real” arasında  “Nou Kamp”da keçirilən ilk “El-Klassiko”da qolsuz bərabərlik qeydə alınmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43