İdman

Elbrus Məmmədov PRO oldu

Ukrayna Futbol Federasiyasının təşkil etdiyi PRO kateqoriyası üzrə məşqçilik kurslarının imtahanları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, imtahanın nəticələrinə əsasən,  azərbaycanlı mütəxəssislər –  “Xəzər Lənkəran” sabiq baş məşqçisi, hazırda “Sumqayıt”ın əvəzedici komandasını çalışdıran Elbrus Məmmədov və Səməd Əliyev də PRO kateqoriyasına yiyələnib.

Həmyerlilərimizlə yanaşı, veteran futbolçu Anatoli Timoşuk və “Şaxtyor”un kapitanı Dario Srna da PRO kateqoriyasına yiyələnib.

Qeyd edək ki, məşqçilik sahəsində ən yüksək dərəcə hesab edilən PRO kateqoriyası istənilən beynəlxalq klublarda, milli komandalarda işləmək üçün səlahiyyət verir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43