Kateqoriyasız

Elbrus Məmmədov: “Ramazanov deyir ki, günah iş görmədim”

Azərbaycan Premyer Liqasının XXIV turunda “Bakı”nı qəbul edən “Xəzər Lənkəran” 2-1 hesablı qələbə qazandı.

İbrahim Uzunca (“Bakı”nın baş məşqçisi): “Oyuna biz hakimlik edirdik. Lakin ilk qolu biz buraxdıq. Sonradan toparlansaq da,  məğlub olduq. Buna baxmayaraq, oyundan və mübarizədən razıyam. Sadəcə, mənim xahişim odur ki, hakimlər diqqətli olsunlar, təkcə  bizim oyunlarda yox, bütün oyunlarda”.

Elbrus Məmmədov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Bu heyətlə ilk qələbəni qazandıq. Çatışmazlıq var idi, vəzifəmizin öhdəsindən gəldik. Bu münasibətlə  futbolçuları, rəhbərliyi tamaşaçıları təbrik edirəm. Müdafiəçilər bir qədər inamsız çıxış etdilər. Bu hadisələrlə ikinci hissədə qarşılaşmadıq. Ağabala Ramazanovun qırmızı vərəqə aldığı epizoda baxılacaq. Ramazanov deyir ki, günah iş görmədim. Buna rəğmən, epizoda baxılacaq və qərar veriləcək”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43