Dünya futbolu

Elektron tablo əvəzinə kağız – FOTOLAR

Braziliyanın “Atletiko Mineyro” və Uruqvayın “Sportinq Defensor” komandaları arasında keçirilmiş Libertadores Kuboku matçında maraqlı hadisə baş verib.

İdmanxeber.az-in məlumatına görə, görüşün dördüncü hakimində elektron tablo olmadığından kağızlardan istifadə edib.

Texniki avadanlığın İndependensiya stadionunun ofislərinin birində qaldığı bildirib. Dördüncü hakim I və II hissəyə əlavə olunmuş dəqiqə sayını və oyunçu dəyişikliyini göstərmək üçün kağızlardan yararlanıb.

Qeyd edək ki, görüş 0:0 hesabı ilə başa çatıb. İlk matçda rəqibini 2:0 hesabı ilə məğlub edən “Atletiko Mineyro” Libertadores Kubokunun qrup mərhələsinə vəsiqə qazanıb.

 

Elektron tablo əvəzinə kağız - FOTOLAR
Elektron tablo əvəzinə kağız - FOTOLAR
Elektron tablo əvəzinə kağız - FOTOLAR


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43