• Ana səhifə
  • Müsahibə
  • Elias Ribeyro: “Bəzən iddialı klublar onlarla qarşılaşmalarda bunun acısını çəkirlər” – MÜSAHİBƏ
Müsahibə

Elias Ribeyro: “Bəzən iddialı klublar onlarla qarşılaşmalarda bunun acısını çəkirlər” – MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın braziliyalı yarımmüdafiəçisi Elias Ribeyronun müsahibəsi

– Son iki oyunda baş məşqçi sizə əsas heyətdə şans verdi. Təəssüratlarınız necədir?

– Əlbəttə, əsas heyətdə meydana çıxmağımdan məmnunam. Hazırda uyğunlaşma dövrünü yaşayıram. Çünki Braziliya və Azərbaycan futbolu arasında böyük fərq var. Bura mənim üçün yeni məkandır. Təbii ki, yeni getdiyin yerə uyğunlaşmaq üçün müəyyən vaxt sərf edirsən. Yeganə narazı qaldığım məqam həmin oyunlarda qələbə qazana bilməməyimlə bağlıdır.

– Adaptasiya dövründə sizin üçün problem yaradan məqamlar kimi nələri qeyd edə bilərsiniz?

– Komanda yoldaşlarımla yaxşı münasibətimiz var. Super kollektivimizin olduğunu deyə bilərəm. Əsas problem kimi süni örtüklü meydançaları göstərə bilərəm. Çünki heç vaxt belə meydançalarda oynamamışam. Bir də sistemin fərqli olmasıdır. Braziliyada komandalar fərqli sistemlə mübarizə aparırlar.  

– “Xəzər Lənkəran”ın turnir cədvəlindəki yeri ilə real gücü üst-üstə düşürmü?

– Komandanın turnir cədvəlinin orta pillələrində yer almasını indiki durumla bağlamaq olmaz. Bunun kökü mövsümün əvvəlinə gedib çıxır. Burda olmasam da, eşitmişəm ki, komanda çempionata uğursuz başlayıb. Nəticədə orta pillələrdə yer almışıq. Əgər çempionata da qış fasiləsindən sonrakı kimi başlasaydıq, indi üst sıralarda idik. Çempionata yaxşı başlamaq vacibdir.

– Amma hazırkı vəziyyət qalan oyunlardan maksimum xallarla ayrılmağı tələb edir. “Xəzər Lənkəran” isə son 3 oyunda ardıcıl xallar itirdi…

– “Bakı”ya uduzduğumuz gün bizim üçün uğursuz idi. Birinci hissədə yaxşı oynadıq. Sonra zədəlilər oldu. Oyunun gedişində mərkəzdəki gücümüzü itirdik. Xallar itirdiyimiz oyunlarda xırda detallar başlıca rol oynadı. Çünki AZAL-la oyunda rəqibi 2:0 hesabı ilə üstələdiyimiz anda qələbəni qoruya bilmədik. Yekunda 1 xalla kifayətləndik. “İnter”lə matçda isə göstərdiyimiz oyuna görə qələbəyə biz layiq idik. Amma təəssüf bunu reallaşdıra bilmədik.

– “Rəvan”la qarşılaşma gəlir. Rəqibin autsayderlər qrupunda yer alması sizdə bir rahatçılıq yarada bilərmi?

– Təbii ki, bunun fərqindəyik. Turnir cədvəlinin aşağı pillələrində olan komandalar üst sıralara yüksəlməyə cana atırlar. Bəzən iddialı klublar onlarla qarşılaşmalarda bunun acısını çəkirlər. Oyunun çətin keçəcəyi, lider komanda ilə qarşılaşacağıq, düşüncəsi ilə meydana çıxmalıyıq.

– Reallığı nəzərə alsaq, “Xəzər Lənkəran” finişə ən yaxşı halda hansı mövqedə çata bilər?

– Bəli, çempionluq çox uzaq görünür. Çünki xal fərqi çoxdur. Amma ilk “üçlüy”ə düşmək istəyirik. Bu, ikinci və ya üçüncü pillə ola bilər. Məqsədimiz avrokuboklara vəsiqə verən yerlərdən birinə sahib çıxmaqdır.

apasport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Rəmiş Malıyev: “Hesab edirəm ki, borc məsələsi dövlətimiz tərəfindən həll olunacaq” – MÜSAHİBƏ

admin

Orxan Sadıqlı: “…səni evindən qovmasalar gedərsən?” – MÜSAHİBƏ

admin

Cavid İmamverdiyev: “Qol buraxmağa, uduzmağa öyrəşmişik” – MÜSAHİBƏ

admin