Ölkə futbolu

Elias transferində yeni həmlə: Problemi yoluna qoydu, Lənkərana gəlir

"Xəzər Lənkəran"ın Elias transferi yenidən "cücərib".

İdmanxeber.com-a klubdan verilən məlumata görə, qapanmış mövzunu Eliasın bir zəngi həll edib. Futbolçu Cənub klubu ilə əlaqə saxlayaraq müqaviləylə məxsus olduğu “Atletiko Paranense” ilə problemi yoluna qoyduğunu və lazım olan sənədlərin hazır olduğunu bildirib. 

Tam adı Elias Ribeyro de Oliveyra olan 31 yaşlı hücumameylli yarımmüdafiəçi ilə bir il yarımlıq müqavilə imzalanacaq. 

Qeyd edək ki, Elias  “Bahia”, “Vasko di Qama”, “Fluminense”, “Atletiko Qoyaniense”, “Fiqueyrense”, BƏƏ-də “Əl-Əyn” kimi klubların da şərəfini qorubu.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43