Ölkə futbolu

Əliyar Ağayev “Mançester Siti”nin oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

İdmanxeber.az-ın məlumatına görə, 36 yaşlı ədalət təmsilçisi Serbiyada yerli “Srvena Svezda” və “Mançester Siti” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunun oyununu idarə edəcək.

Ona FIFA referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olacaq.

Qeyd edək ki, görüş dekabrın 13-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43