08 Sentyabr 2024
Ölkə futbolu

Əliyar Ağayevdən “Sumqayıt”ın lehinə şübhəli qərar – FOTO

Azərbaycan Premyer Liqası 20-ci turunda “Araz Naxçıvan” evdə “Sumqayıt”ı qəbul edir.

İdmanxeber.az-ın məlumatına görə, görüşün ikinci hissəsində baş verən bir epizodda matçın baş hakimi Əliyar Ağayevin verdiyi qərar müzakirələrə səbəb olub.

Belə ki, “Sumqayıt”ın futbolçusu Kamran Əliyevin rəqib oyunçu Nicat Süleymanova sərt müdaxiləsindən sonra baş hakim mümkün qırmızı vərəqə üçün VAR tərəfindən monitora dəvət edilib.

Maraqlıdır ki, epizodu izləyən Ağayev bunu “sarı” kimi qiymətləndirərək, “Sumqayıt”ın lehinə qərar verib. Referinin bu qərarı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi futbolsevərlər Əliyar Ağayevi “Sumqayıt”a tərəfkeş etməkdə günahlandırıb.

Xatırladaq ki, ötən tur “Qəbələ” – “Sumqayıt” matçında qonaqların lehinə təyin edilən şübhəli penalti zamanı da VAR hakimi Əliyar Ağayev olub.

“Araz Naxçıvan” – “Sumqayıt” oyunundakı həmin epizod.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43