18 Oktyabr 2024
Ölkə futbolu

Elmar Baxşıyev mətbuat konfransına gəlmədi, köməkçisi danışdı

“Elmar Baxşıyev narahat olduğu üçün mətbuat konfransında mən iştirak edirəm. Komanda oyuna ruhsuz çıxmışdı. Futbolçuları motivasiya etməyə nə qədər çalışsaq da, alınmadı. Buna görə də oyunumuz alınmadı və məğlub olduq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin məşqçisi Xaqani Məmmədov “Səbail” məğlubiyyətinin ardından mətbuat konfransında deyib. O, son dönəmdəki uğursuz gedişatla bağlı bunları deyib:

“İstəyirik ki, komanda ilə təmasda olaq, problemləri öyrənək, görək futbolçuların məqsədləri nədir. Onlarla danışırıq, deyirlər ki, heç bir problem yoxdur, biz də çalışırıq ki, oyunumuzu göstərək. Amma alınmır. “Sabah”la oyuna hazırlaşacağıq. Çalışacağıq ki, ən yaxşısını edək”.

Xaqani Məmmədov Elmar Baxşıyevin istefa verib-verməməsi ilə bağlı suala belə cavab verib: “Xeyr, Elmar müəllim istefa verməyib”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43