Ölkə futbolu

Elmar Baxşıyev: “Ötənilki heyətimiz üç ilə formalaşmışdı”

“Maraqlı oyun oldu. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Oyunun dinamikası yaxşı idi. Komandamı təbrik edirəm. Bizim üçün qələbə önəmli idi. Daha da artırmalıyıq ki, sonuncu pillədən qurtulaq. İli qələbə ilə başa vurmaq sevindiricidir. Ümid edirəm ki, üçüncü dövrədə daha yaxşı olacağıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Sabah” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Planımız Antalyaya getmək idi. Amma düşündük ki, Qəbələdə qalaq. Hazırlığımızı burada keçəcəyik. Enişləri biz də təxmin edirdik. 10 nəfər komandadan ayrıldı. Ötənilki heyətimiz üç ilə formalaşmışdı. Bütün oyunçular bir-birinə adaptasiya olmuşdu. Bu komanda yenidir. Stabillik çatmır. Komandanın yığılmasından dörd ay keçib. Az müddətdir. Hiss edirik ki, komanda getdikcə daha sanballı oynamağa çalışır. Bəzi mövqeləri gücləndirə bilsək, daha da iddialı ola bilərik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43