Kateqoriyasız

Elmar Baxşıyev: “Qəbələ” bu gün futbol adına hər şeyi etdi”

Azərbaycan Premyer Liqasında XIV turun “Zirə” – “Qəbələ” (2:0) oyunundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Fikirləşdiymiz oyun alındı. Bilirdik ki, rəqib əks-hücumlarda təhlükəlidi. Bu da sürətli futbolçularının olmağıyla bağlı idi. Ancaq bizim də planımız vardı ki, onu meydanda gördüm. Təəssüf ki, son nöqtəni qoya bilmədik. Bunu diqqətsizlik və ya konsetnarsiyanın az olmasıyla əlaqələndirirəm. Əlbəttə, vurmayana vurarlar. Bu qədər qol imkanlarını vurmayanda müdafiə xəttində əvəvl-axır boşluqlar olacaq.

– Hesab oyuna görə oldumu?
– İlk gündən demişəm ki, əvvəl oyun, sonra nəticə istəmişəm. Bu düşünülmüş oyunu komandamdan görürəm. İnanıram ki, getdikcə epizodları daha da yaxşı dəyərləndirəcəyik. “Qəbələ” bu gün futbol adına hər şeyi etdi. Komandaya iradım yoxdu.

– Ceyms Adeniyi qalırmı? Yeni transferlər niyə olmadı?
– Yeni futbolçular rəng qatır. Ancaq büdcədən kənara çıxa bilmərik. Bizə uyğun futbolçular olsa, əlbəttə, görə bilərik. Adeniyinin durumu belədi ki, hələ ki bizimlədi. Ancaq bundan sonra necə olacağını zaman göstərəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43