Ölkə futbolu

Elnur Allahverdiyev “Qəbələ”dən ayrı düşüb

Topaz Premyer Liqasının IX turu çərçivəsində keçirilən “Qəbələ” – “Neftçi” (1:2) matçından sonra çempionata verilən fasiləyə görə 4 günlük istirahətə buraxılan “qırmızı-qaralar” oktyabrın 8-dən təlim-məşq prosesini davam etdirir.

Baş məşqçi Yuri Syominin rəhbərliyi altında Qəbələdə biraraya gələn komanda gündəlik iki məşqlə növbəti – X turda baş tutacaq “İnter”-“Qəbələ” oyununa hazırlaşır. Hazırlıq prosesində milli komandaların heyətində olan Elnur Allahverdiyev, Volodimir Levin(hər ikisi Azərbaycan milli komandası), Deyan Kelhar (Sloveniya milli komandası), Ürfan Abbasov (Azərbaycan U-21), Sadiq Quliyev, Elvin Camalov (hər ikisi Azərbaycan U-19), zədədən sonra bərpa prosesi keçən Rail Məlikov və Omar Kalabane iştirak etmir.  

Xatırladak ki, “İnter” – “Qəbələ” matçı oktyabrın 19-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43