Ölkə futbolu

Elnur Allahverdiyev “Xəzər Lənkəran”a qarşı oynamayacaq

“Qəbələ” – “Qarabağ” (0:1) matçının ardından 2 gün istirahət edən “qırmızı-qaralar” fevralın 11-dən etibarən növbəti – XXI turun hazırlıqlarını davam etdirir. Doğma divarlar arasında “Xəzər Lənkəran”ı qəbul edəcək “Qəbələ” matça gündəlik bir məşqlə hazırlaşır.

Yuri Syominin rəhbərliyi altında baş tutan hazırlıq prosesinə komanda tam heyətlə qatılır. Ancaq Elnur Allahverdiyev sarı vərəqə limitini doldurduğuna (4 sarı) görə “Xəzər Lənkəran”la oyunda iştirak edə bilməyəcək. Əliyar Ağayevin “Qarabağ”la oyunun 79-cu dəqiqəsində Elnura sarı vərəqə verməsi onun sabiq komandasına qarşı oynamasının qarşısını alıb.

Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” matçı fevralın 15-də saat 15:00-da baş tutacaq. Qarşılaşma “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq. (klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43