Ölkə futbolu

Elnur Allahverdiyevin taleyinə “Bakı” ilə oyundan sonra aydınlıq gələcək

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov ölkəyə qayıdıb. 

Vitse-prezidentlə komandadan uzaqlaşdırılması gözlənilən Elnur Allahverdiyev arasında dünən görüş baş tutmalı idi. Lakin bu görüş reallaşmayıb. Məsələyə “Bakı” ilə oyundan sonra aydınlıq gələcək. Allahverdiyevlə Nadirovun görüşündən sonra Elnurun komandada qalıb-qalmayacağı dəqiqləşəcək.

Xatırladaq ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak təcrübəli müdafiəçini sərəncamında görmək istədiyini rəhbərliyə açıq şəkildə bəyan edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43