Ölkə futbolu

Elnur Cəfərov “Qarabağ”a keçidi haqda danışdı (VİDEO)

"Xəzər Lənkəran"ın transferə çıxardığı hücumçu planları barədə “Xəzər Xəbər”ə açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, son illər Azərbaycan futbolunda yetişən ən istedadlı futbolçulardan biri, hücumçulardan isə birincisi Elnur Cəfərovdu desək, yəqin ki, yanılmarıq. Aşağı yaş qruplarımızın üzvü, ara-sıra əsas milliyə də çağrılan futbolçunu çox yox bir il öncə hansısa klub istəsəydi, “Xəzər Lənkəran” dərhal yox deyərdi. Amma indiki maddi çətinliklər onun da adını transferə çıxarılanlar sırasına qatıb.

19 yaşlı futbolçuya yerli klublardan təklif axını gözləniləndi.

Elnur Cəfərov isə ilk növbədə ölkə xaricində oynamağı planlaşdırır.

Əgər ölkə xaricində çıxış baş tutmazsa, Elnur Cəfərov təkliflər arasında ilk seçimini də müəyyənləşdirib. Bu, “Qarabağ” olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43