Ölkə futbolu

Elşən Əhmədov: “Yaxşı oynadıq və qələbə qazandıq”

Debütant qələbə ilə başladı

İdmanxeber.az-ın məlumatına görə, TopazPremyer Liqasının ilk turunda çempionatın debütantı olan “Sabah” komandası səfərdə “Keşlə”ni məğlub edib. Komandanın baş məşqçisi Elşad Əhmədov oyunçularının həyəcanlı olduğunu bildirib:

– İlk oyun olduğundan, uşaqlarda həyacan vardı. Futbolçularıma demişdim ki, rəqibin yeni baş məşqçisi var, ona özlərini göstərmək istəyəcəklər. Matç “Keşlə”nin üstünlüyü şəraitində keçdi. Lakin biz də yaxşı oynadıq və qələbə qazandıq. Qələbəni klubumuzun rəhbərinin balaca körpəsinə həsr edirik. Onun ad günüdü.

– Marko Deviçdən əlavə hücumçunuz olacaq?
– Yerli futbolçulardan bizə çox da həvəslə gələn olmadı. Ona görə 6 legioner götürdük. Bundan sonra əcnəbi istəmirik. İkinci mərkəz hücumçusunu öz içimizdən çıxarmalıyıq.

– Bəzi futbolçularınızda yorğunluq hiss olunurdu…
– Komandaya gec qoşulanlarda fiziki durum tam qaydasında ola bilər. 2-3 futbolçuda yorğunluq vardı.

– Cavid İmamverdiyevin oynamaması nə ilə bağlı idi?
– Zədəsi var. İmamverdiyev növbəti matçlarda meydanda olacağını əminliklə deyə bilmərəm. Çox istərdim ki, oynasın.

– Bu heyətlə çempionatdakı hədəfiniz nədi?
– Qarşımıza konkret məqsəd qoyulmayıb. Bacardığımız qədər yaxşı oyun göstərib yüksək pillələrdən birini tutmaq istəyirik. (Report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43